Pakistanda dəhşətli toz fırtınası: 4 ölü, 60 yaralı

media-hightechnic-468x90

Pakistanda baş verən güclü toz fırtınası nəticəsində 4 nəfər həyatını itirib, 60 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, təbii fəlakət ölkənin Sindh və Pəncab əyalətlərində ciddi dağıntılara səbəb olub.

Sindh əyalətinin Gorakh Tepəsi bölgəsində fırtına barakaların damlarını uçurub, günəş panellərinə ciddi ziyan vurub. Qhotki Rayon Administrasiyasının məlumatına görə, ağacların, divarların və günəş panellərinin uçması nəticəsində 4 nəfər dünyasını dəyişib, 60 nəfər xəstəxanalara çatdırılıb.

Pəncab əyalətinin Rajanpur bölgəsində isə vəziyyət daha da gərginləşib. Şiddətli külək ağacları kökündən çıxarıb, reklam lövhələrini uçurub və elektrik xətlərini sıradan çıxarıb. Enerji şəbəkəsinin çökməsi nəticəsində bir çox yaşayış məntəqəsi elektriksiz qalıb. Yüksək gərginlikli elektrik xətlərinin yola aşması səbəbindən M-5 avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hazırda fırtınanın vurduğu bölgələrdə xilasetmə və bərpa işləri davam etdirilir.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05