Pakistanda məbədin nəzarətçisi və onun əlbir olduğu cinayətkarlar 20 ibadətçini qətlə yetirib.
Yeniçağ.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.
Məlumata görə, hadisə Pəncab vilayətindəki sufi məbədində baş verib. Hadisə zamanı xəsarət almış daha 4 ibadətçinin vəziyyətinin ağır olduğu bildirilir.
Polisin məlumatına görə, söhbət dini mərasimə aid qətldən gedir. Nəzarətçi və onun 4 cinayət ortağı həbs edilib.
Yerli hospitalın həkimi bildirib ki, çılpaq vəziyyətdə tapılmış qətlə yetirilənlərin bədənlərində küt alətlə kəsilmiş-deşilmiş zərbələrin izləri tapılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, məbədin nəzarətçisi ruhi xəstəlikdən əziyyət çəkir. O, törətdiyi qətlləri etiraf edib.
Yeniçağ.Az