Xalq artisti sənət dostu barədə: “Ölümündən bir həftə qabaq zəng etdi…”

media-hightechnic-468x90

“Ağlıma da gəlməzdi ki, onu belə tezliklə itirə bilərik. Ölümü ilə barışmaq çox çətindir”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti Yasin Qarayev mərhum həmkarı, Əməkdar artist Yadigar Muradovla bağlı xatirələrini bölüşərkən deyib.

media-xeber-recovered

O, bir ay öncə ağır xəstəlikdən vəfat edən və bu gün doğum günü olan sənət dostunu yad edib:

“Bu gün ləyaqətli ömrünün 35 ilini Şuşa Dövlət Musiqili Dram Teatrına həsr etmiş, bu sənət ocağına rəhbərlik etmiş Əməkdar artist Yadigar Muradovun doğum günüdür. Allah ona qəni-qəni rəhmət eləsin. İnanıram ki, Şuşa Dövlət Musiqili Dram Teatrı xatirələrdə elə ‘Yadigar’ın teatrı kimi qalacaq.

Gözəl insan idi, güclü yumor hissi olan, duzlu-məzəli adam idi. Onunla çox yaxın dost olmuşuq. Ölüm xəbəri hamımızı sarsıtdı. Vəfatından bir həftə qabaq bacımgilə getmişdim, orda mənə zəng etdi. Danışdıq, hal-əhval tutduq. Ağlıma da gəlməzdi ki, onu belə tez itirərik. İtkisi ilə barışmaq həqiqətən çox çətindir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05