"Tayvan Çinin Qarabağıdır": BMT-nin tanıdığı haqqı ABŞ niyə tapdalayır?

media-hightechnic-468x90

“Çin Tayvanı iqtisadi güc kimi sıradan çıxarmaq üçün onu sadəcə blokadaya ala bilər”

Bu fikirləri Yenicag.aza açıqlamasında irlandiyalı tarixçi-politoloq Patrik Uolş deyib.

O, ABŞ-nin Tayvana 11 milyard dollar dəyərində silah satması və Sakit okean uğrunda mübarizənin şiddətlənməsi barədə fikirlərini bölüşüb. Politoloq bildirib ki, ABŞ-nin diqqətini Şərqə yönəltməsi artıq ən azı on ildir gündəmdədir:

“Əvvəlki ABŞ administrasiyalarının təhrik etdiyi Ukrayna müharibəsi bu prosesi müvəqqəti olaraq dayandırdı. Halbuki ABŞ üçün əsas qlobal rəqib hər zaman Çin olub. Tayvan potensial müharibə üçün əsas detonator rolunu oynayır. Əlbəttə, Tayvan Çinin Qarabağıdır. O, rəsmi olaraq Çinin bir hissəsi sayılır və BMT tərəfindən də bu cür tanınır. Beynəlxalq hüquqa görə, Çin onun üzərində bütün hüquqlara malikdir.

Ehtimal etmək olar ki, ABŞ Prezidenti Donald Tramp Tayvan məsələsi ətrafında Çinlə anlaşmaya gedə bilər. O, Tayvanın mikroçip sənayesini ABŞ-yə köçürməkdə maraqlıdır. Eyni zamanda başa düşülür ki, Çin Tayvanı iqtisadi güc kimi sıradan çıxarmaq üçün onu sadəcə blokadaya ala bilər. Lakin Vaşinqtonda Çinin qarşısıalınmaz görünən inkişafını zəiflətmək məqsədilə Tayvan üzərindən müharibə başlatmaq istəyən kifayət qədər qüvvələr var. Trampın dövründə müharibə olacağını düşünmürəm, amma ondan sonrakı mərhələ tamam fərqli ola bilər”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa