!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Pakistanın enerji sektoruna yatırım etmək Azərbaycanın maraqlarına uyğundur" - RƏY

!Reklam – Yazi

“Pakistanın baş naziri  Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri də bir növ yerli sahibkarların və hökümətin sözügedən ölkəyə investisiya qoyuluşuna təşviqini nəzərdə tuturdu”.

Bu sözləri Azərbaycan-Pakistan iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti və gələcək proqnozları mövzusuna münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.


O həmçinin bildirib ki, hazırda Azərbaycan Pakistanın enerji sektoruna yatırım etməyə maraqlıdır:

“Azərbaycanla Pakistan arasında əlaqələrimiz müstəqillik illərimizdən bu yana davam edir. O dövrdən əsasən istehlak malları, kənd təsərrüfatı məhsulları idxal edirik. Məsələn, düyü, şəkər və bu kimi digər gündəlik istehlak malları bura daxildir.

Təbii ki, dövlətlərarası siyas-hərbi müttəfiqlik münasibətləri yüksək səviyyədədir. Hazırda ölkələr bu əlaqələri daha da yaxşılaşdırmaq niyyətindədirlər ki, bura ticari-iqtisadi əlaqələr də daxildir. Pakistanın baş nazirinin ölkəmizə səfəri də bir növ yerli sahibkarların və hökümətin sözügedən ölkəyə investisiya qoyuluşuna təşviqini nəzərdə tuturdu. Azərbaycan hökümətinin də bunda maraqlı olması müəyyən imkanlar açır. Xüsusən də, Pakistanın enerji sektoruna yatırım etmək ölkəmizin maraqlarına uyğun gəlir.

Belə olduğu təqdirdə investisiya yatırımından öncə “SOCAR” bu imkanları dəyərləndirərək fiziki təhlildən keçirəcək. Lakin ümumilikdə Pakistanın öz enerji sektoruna sərmayə qoyuluşuna bizi dəvət etməsi mühüm hadisədir. Çünki Pakistan bazarı böyüklüyü ilə seçilir.

Əhali sayı 100 milyonun üzərində olan bu ölkə böyük daxili bazara malikdir. Düzdür, hazırda logistik məsələlər bəzi ticarət əməliyyatlarının genişlənməsinə imkan verməsə də, eyni zamanda adıçəkillən ölkə bizim qeyri-neft məhsullarımıza maraqlı ola bilər. Eləcə də neft-kimya sənayesi məhsullarına tələbat yarana bilər. Sadalanan istiqamətlərdə hökümətlərarası əlaqələr sayəsində əməkdaşlığın genişlənməsi reallığı daha yüksəkdir”.

Yusif Səmədzadə

www.yenicag.az

1179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv