Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pandemiya dövründə əsas kapitala yönəldilmiş sərmayənin MƏBLƏĞİ

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 5 milyard 956,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilib.

Yenicag.az-ın məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 17,5 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,5 faiz azalıb. İstifadə olunmuş vəsaitin 3 milyard 977,8 milyon manatı və ya 66,8 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 352,3 milyon manatı (22,7 faizi) xidmət sahələrinə, 626,1 milyon manatı (10,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 501,8 milyon manatını və ya 58,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 577,3 milyon manatı və ya 60,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,6 faiz, büdcə vəsaitləri 22,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib.

www.yenicag.az

303