Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Pandemiya səngisə belə, neftin qiymətində artım gözlənilmir” – Elşad Məmmədov

“Neft qiymətlərinin dəyişməsi ölkə iqtisadiyyatının yeni model üzrə idarə olunmasını zəruri edib”.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a müsahibəsində dünya neft bazarında müşahidə olunan prosesləri və qlobal iqtisadiyyatda yaşanan böhranın Azərbaycana təsirlərini dəyərləndirib.

– Artıq bir neçə gündür, dünya birjalarında neftin kəskin ucuzlaşması müşahidə olunur. Bu tendensiyaya hansı amillər təsir edir?

– ABŞ-ın yüngül neftinin qiymətinin kəskin şəkildə ucuzlaşması və hətta qiymətin mənfi 40-a çatmasına təsir edən əsas amil may ayına nəzərdə tutulmuş Fyuçers müqaviləsi ilə bağlıdır. Bu baxımdan, neft qiymətlərində belə dəyişikliklər baş verir. Lakin bu o demək deyil ki, neftin qiymətləri sabitləşəcək və ya artacaq. Ümumi tendensiyaya əsasən, neftin qiyməti hələ uzun müddət aşağı səviyyədə olacaq. Neft qiymətlərinin təqribən 20 dollar ətrafında formalaşması gözləniləndir.

– Bəs önümüzdəki aylarda neftin qiymətində sabitləşmə və artım gözlənilir?

– Bu gün faktik olaraq, neftə olan tələb təklifdən xeyli azdır və burada 30 faizlik uçurum var. Bu uçurumu hətta OPEC+ formatında yeni razilaşmanın əldə olunması da aradan qaldıra bilmir. Çünki bu razılaşmalar qüvvəyə minsə də, bazarda yenə 5-20 faizlik fərq qalacaq. Eyni zamanda, son ilərdə neft qiymətlərinin yüksək olması real vəziyyətə uyğun deyildi və onun kökündə süni amillər dururdu. Qlobal iqtisadiyyatdakı böhran, o cümlədən, koronavirus pandemiyası ilə bağlı proseslər neft qiymətlərinin kəskin artımına imkan verməyəcək. Pandemiya ilə bağlı proseslər səngisə belə, dünya iqtisadiyyatındakı mövcud böhran neftə olan tələbi artırmayacaq.

– Qlobal iqtisadiyyatda baş verən proseslər Azərbaycana necə təsir edəcək?

– Şübhəsiz ki, qlobal iqtisadiyyatdakı gedişat Azərbaycan iqtsadiyyatına təsir edəcək. Çünki neft Azərbaycanın əsas ixrac məhsuludur. Uzun illər ərzində Azərbaycanın valyuta daxilolmaları, büdcənin icrası, Ümumi Daxili Məhsulun formalaşması və eyni zamanda, valyuta bazarındakı sabitlik baxımından, məhz neft amili ölkəmiz üçün ön plandadır. Neft qiymətlərinin dəyişməsi ölkə iqtisadiyyatının yeni model üzrə idarə olunmasını zəruri edib. Bu səbəbdən, iqtisadi idarəetmədə artıq tamamilə yeni sistemin formalaşmasına keçməliyik. Son aylar ölkə başçısının məhz iqtisadi idarəetmə ilə bağlı hökumətə və Mərkəzi Banka verdiyi tapşırıq və tövsiyələr də bununla bağlıdır. Ölkə başçısı bilir ki, iqtisadi idarəetmə ilə bağlı kifayət qədər yeni yanaşmanın tətbiqinə ciddi ehtiyac var.

Gülşən Şərif

www.yenicag.az

1193
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100