COVİD-19 pandemiyasının dünyada nə zaman pik nöqtəyə çatacağını söyləmək çətindir.
Yenicag.az-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Xəstəliklər Proqramının başçısı Mariya van Kerxove deyib.
Onun sözlərinə görə, COVİD-19 pandemiyasının dünyada nə zaman pik nöqtəyə çatacağını söyləmək çətindir:
“Lakin bunun ən qısa zamanda baş verəcəyini ümid edirik. Nə olacağını təxmin edə bilmərik, ancaq hər hansı bir irəliləyişə hazır olmalıyıq. Bu pandemiyanın inkişafı ölkələrin tədbirlərindən asılıdır”.
Kerxove hazırda koronavirusa yoluxma sayında səngimə müşahidə olunduğunu, lakin xəstəliyin yenidən sürətini bərpa edə biləcəyi üçün ehtiyatlı davranmağın vacibliyini qeyd edib./Trend/
www.yenicag.az