Papa Bakı və İrəvan üçün dua etdi

media-hightechnic-468x90

Papa Fransisk “Şəhərə və Dünyaya” (Urbi et Orbi) müraciətində bütün dünyada sülh üçün səy göstərməyə çağırıb.

Yenicag.az xəbər verir ki, o, dindarlara müraciət edərək sülhə “hə”, müharibələrə isə “yox” deməyə çağırıb.

Onun sözlərinə görə, silah istehsalı və satışı artdıqda sülhə nail olmaq daha çətindir.

Fransisk yenidən Fələstin-İsrail münaqişəsinin sona çatması üçün dua edib.

O, Suriya, Yəmən, Livan və Ukrayna kimi digər ölkələrdə də insanların rifahı üçün dua etdiyini də qeyd edib.

Papa Ermənistan və Azərbaycanın xüsusilə humanitar proqramların həyata keçirilməsi yolu ilə sabit dünyaya yaxınlaşması üçün dua etdiyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600