Papa Fransisk: “COP29 ümumi evimizin qorunmasına töhfə verəcək”

media-hightechnic-468x90

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına töhfə verəcəyinə ümid edirəm.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib.

Pontifik Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini qeyd edib.

“Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 – İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək”, – deyə Papa Fransisk vurğulayıb.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak üçün Azərbaycana səfər edəcəyi gözlənilir./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05