Papanın ölümündən sonra Müqəddəs Taxt-Taca KİM RƏHBƏRLİK EDƏCƏK? - VİDEO

media-hightechnic-468x90

 

“Mümkündür ki, onun istədiyi namizəd qalib gələcək”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O, Roma papalığı üçün ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə bilinən 76 yaşlı Raymond Burkun namizədliyini verməsi məsələsini şərh edib.

Müsahibimiz söyləyib ki, bu məsələdə seçimi kardinallar edəcək.

“Trampın namizədinin seçilmək şansı olsa da, bu seçkidə liberalların seçilmə ehtimalı daha yüksəkdir. Çünki vəfat edən Papa Fransisk kifayət qədər ciddi hazırlıq görüb və kardinalların içində öz tərəfdarlarını artırmaq imkanından maksimum istifadə edib”, – deyə o bildirib.

Xatırladaq ki, 70 yaşlı Vatikanın dövlət katibi Pietro Parolin və Kinşasa arxiyepiskopu 65 yaşlı Fridolin Ambonqo Besunq hazırda Roma papası olmağa əsas namizədlərdir.

Nəsimi Ələsgərli

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600