Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı - Ölənlər və yaralanan var

media-hightechnic-468x90

ABŞ-ın Corciya ştatının şərqində təyyarə qəzası baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.

Şənbə günü kiçik təyyarə Svaynsboro şəhəri yaxınlığındakı aerodromun yay sahəsinə düşüb. Onun göyərtəsində pilotla birgə 5 nəfər olub,onlardan 4-ü ölüb, 1-i xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında ABŞ ordusunun (quru qoşunları) “Golden Knights” paraşüt dəstəsinin serjanı Aleksandr Baxrittseviç də olub.

Qəzanın səbəbləri açıqlanmayıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600