!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisdə Azərbaycanlı müəllifin Qarabağ müharibəsinə həsr olunan kitabı nəşr olunub – FOTOLAR

!Reklam – Yazi

Fransada Azərbaycan həqiqətlərini əks etdirən daha bir sanballı kitab nəşr edilib.

Yenicag.az xəbər verir kki, Fransanın paytaxtı Parisdə Kamala Muradın müəllifi olduğu “Azərbaycan və Ermənistan münaqişəsi: yaxşı və pisdən kənar” adlı kitabı işıq üzü görüb.

Məlumata görə, fransız dilində yazılmış kitab artıq ölkənin satış mərkəzlərinə verilib.

Kitabda oxucunun diqqətinə çatdırılır ki, BMT-nin Dağlıq Qarabağ adı ilə tanınan müharibədə (1988-1994) Ermənistanın zəbt etdiyi əraziləri tərk etməsi ilə bağlı qərarlarını İrəvanın rədd etməsi 2020-ci ildə 44 günlük müharibəyə səbəb oldu. Burada “radikal islamcılar”ın xristianlara qarşı müharibəsindən söhbət gedə bilməz, çünki Azərbaycan müxtəlif xalqların, o cümlədən, yəhudilərin min ildən artıqdır ki, yaşadığı və bütün dinlərin eyni hüquqlara malik olduğu dünyəvi bir ölkədir. Bir çox müşahidəçinin də radikal islamçı olaraq təhlükə kimi gördüyü İran molla rejiminin bu savaşda Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsi buna sübutdur.

Kitab Qərb güclərinin laqeyd yanaşdığı münaqişəyə dair məlumatları yenidən xatırlatmağa, SSRİ-nin süqutundan sonra Rusiyanın regiondan uzaqlaşdırılması və onun yenidən regiona qayıtmasından bəhs etməklə yanaşı, Qərb, xüsusilə, Fransa mediasında hadisələrin qeyri-obyektiv təqdimatını detallı analiz edir. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi haqqında oxuduqlarımız barədə çox fərqli perspektiv açır. Bir sözlə, hər hansı bir icma mənafeyinin və yaxud siyasi oyunların Respublika dəyərlərindən, bitərəf, obyektiv informasiya alıb və vermək azadlığından üstün tutulmasının qəbuledilməz və təhlükəli olduğunu oxucuların diqqətinə catdırır.

Müəllif Kamala Murad beynəlxalq iqtisadi əlaqələr üzrə mütəxəsis və eyni zamanda yazar kimi fəaliyyət göstərir. Paris Panteon-Assas Universitetinin Kommunikasiya və İnformasiya ixtisası üzrə magistr dərəcəsini alıb. Paris Biznesi İdarəetmə Ali Məktəbinin MBA diplomunun sahibidir. Kommunikasiya, təhlükəsizlik və infrastruktur sahələrində, xüsusilə də Fransa-Azərbaycan arasında ikitərəfli əlaqələrdə böyük təcrübəyə sahibdir. Beynəlxalq Frankofon Mətbuatı Birliyinin üzvü olub. 1998-ci ildə Azərbaycanda ilk fransızdilli qəzetin əməkdaşı daha sonra redaktoru işləyib. Hazırda Parisdə yaşayır.

Onu da qeyd edək ki, dünən Parisdə kitabın media nümayəndələri ücün təqdimat məqasimi keçirilib.

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv