Parisdə Rusiya ve Əsəd əleyhinə aksiya keçirilib

media-hightechnic-468x90

fransadaParisdə Rusiya və Suriya ordularının Hələbə endirdikləri zərbələrin əleyhinə aksiya keçirilib.

Yenicag.az APA-ya istinadən verdiyi xəbərə görə, aksiyaya yüzdən çox siyasətçi, hüquq müdafiəçisi və Suriya icmasının nümayəndələri qatılıb.

Etirazçılar Yelisey sarayı və DİN binasının yaxınlığında toplaşaraq Parisi və beynəlxalq ictimaiyyəti şərqi Hələbdə qanın tökülməsinə göz bağlamamağa çağırıblar.

Aksiya iştirakçıları “Hələb bəşəriyyətin qəbrinə çevrilib”, “Suriyada uşaqlar bombardman edilir” və sair kimi şüarlar səsləndiriblər.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa