!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisin depeşası nə anlama GƏLİR? – “Makron Bakıya gəlməyi həzm edə bilmir”

!Reklam – Yazi

“Paris geosiyasi müstəvidəki bu proseslərə Bakı üzərindən təsir imkanlarını test edir”.

Bunu Yenicag.az-a açıqlamasında Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsindəki Fransa amilindən danışan politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, müsahibədən öncəki gün Fransa prezidenti Emmanuel Makron səfirlərlə görüş keçirib.

“Bu görüşdə Azərbaycan Fransanın daxili işlərinə qarışmaqda ittiham edilib. Eyni zamanda, Makron burada Ermənistanla bağlı müsbət mesajlar da verib. Açıq-aşkar Cənubi Qafqazda Ermənistanın Fransanın dayaq nöqtəsi olduğuna eyham vurub. Əliyevin müsahibədə Fransanın Azərbaycana diplomatik depeşa göndərməsi barədə sözləri Bakı-Paris münasibətlərindəki prosesləri, həmçinin Makronun hazırki durumunu aydın şəkildə izah edir”.

“Lakin müsahibədə vurğulanan amillər çərçivəsində bir sıra sual yaranır. Əsas sual isə budur, əgər Makron ölkəsinin Azərbaycanla münasibətlər qurması üçün mesaj verirsə, açıq mətnlə ittiham nədən xəbər verir? Bu sualın cavabı məhz həmin müsahibədə var. İlham Əliyev vurğulayır ki, bizimlə görüşmək istəyən Bakıya gəlsin. Makron isə bunu həzm edə bilmir. Çünki belə addım atarsa, Fransa Azərbaycan qarşısında geri addım atmış olacaq. Onun görüşdə Azərbaycanı ittiham etməsində bu məsələnin rolu böyükdür”, – deyə o, əlavə edib.

Analitik əmindir ki, Fransanın hazırda Azərbaycana ciddi formada ehtiyacı var:

“Diplomatik depeşa bunu aydın şəkildə sübut etdi. Yəni Fransa Afrikada təsir gücünün itməsi prosesini Azərbaycanla münasibətlərin qaydaya salınması ilə dayandırmaq fikrindədir. Çünki “Qara Qitə”nin azadlıq mübarizəsində Azərbaycan platforma rolunu oynayır. Əlavə olaraq, həmin prosesləri geosiyasi hesablaşmanın tərkib hissəsi kimi də qiymətləndirmək olar. Qısaca desək Fransaya qarşı olan qüvvələr mövcuddur. Paris geosiyasi müstəvidəki bu proseslərə Bakı üzərindən təsir imkanlarını test edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv