… Kosovoda
Bu gün Kosovoda növbədənkənar parlament seçkiləri keçirilir.
120 deputat 3 illik müddətə Kosovo parlamentinə seçiləcək. 20 yer milli azlıqlar üçün ayrılıb. Qalan 100 yerə seçki proporsional qaydada keçirilir. Seçkidən sonra yeni parlament Kosovanın yeni prezidenti ilə baş nazirini seçəcək.
Hökumət başçısı vəzifəsini icra edən Kosovo Demokrat Partiyasının lideri Haşim Taci üçüncü müddətə baş nazir vəzifəsinə iddia edir.
Yerli media əhalinin çoxunun Kosovoda iqtisadi inkişafın olmamasından narazı olduğunu bildirir.
Ölkədə işsizliyin rəsmi səviyyəsi 35 faiz təşkil edir.
www.yenicag.az