Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Parlamentin yeni tərkibi prezidentin özünü də qane etmir” - Partiya sədri

Reklam: Sinerji Pro

“Prezidentin özü bölgələrə gedir, insanlarla görüşlər keçirir, deputatlar isə ləng tərpənirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsindən bir il sonra parlamentin indiki tərkibinin fəaliyyətini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Fərəc Quliyevin sözlərinə görə, Milli Məclisə seçilən yeni deputatların heç də hamısı gözləntiləri doğrultmayıb:

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi labüd idi. Etiraf etməliyik ki, Milli Məclis baş verən hadisələrə adekvat davranmadı. Bir çox deputatlar, əlbəttə, çalışqanlıqları ilə seçildilər. Məsələn, Azər Kərimov, Cavanşir Fevziyev, Zahid Oruc, Tahir Kərimli və başqalarının adlarını çəkmək olar.

Məncə, parlamentə yeni seçilənlərin heç də hamısı ümidləri doğrultmadı. Bu gün Milli Məclisin üzərinə böyük məsuliyyət düşür. Sual etsək ki, deputatlar keçən bir il ərzində vətəndaşlarla nə qədər görüş keçiriblər, onların hamısının bu sahədə uğurlu fəaliyyət göstərdiyini deyə bilmərik. Pandemiya olduğunu əsas gətirə bilərlər, ancaq onlayn şəkildə də cəmiyyətlə kontakta girmək çox vacib idi”.

Partiya sədrinin fikrincə, prezident də Milli Məclisin yeni tərkibinin fəaliyyətindən razı deyil:

“Deputatların müharibə dönəmindəki fəaliyyətinə nəzər salaq. Mən özüm bu çağırış Milli Məclisə seçilməmişdim. Amma buna baxmayaraq, BMT-nin baş katibindən tutumuş, Avropa Parlamentinə və müxtəlif instansiyalara məktublar göndərdim, “Metsamor” Atom-Elektrik Stansiyası ilə bağlı ermənilərin hay-küyünün qabağını almaq məqsədilə müraciətlər ünvanladım, çağırışlar etdim.

Amma deputatların əksəriyyəti bunu etmədi. Hesab edirəm ki, adını çəkdiyim-çəkmədiyim bir çox deputatlar normal fəaliyyət göstərdi. Lakin bütünlükdə yenilənmiş tərkibdəki deputatların hamısının etimadı doğrultduqlarını söyləmək imkan xaricindədir.

Çünki bu günün çağırışı çox fərqlidir. Prezidentin özü bölgələrə gedir, insanlarla görüşlər keçirir, deputatlar isə ləng tərpənirlər. Yaxud Vətən Müharibəsi dönəmində bir çox dövlətlərin parlamentləri tərəfindən ölkəmizə qarşı təzyiqlər oldu və bu basqılara adekvat cavab verilməli idi.

Bizim parlamentarilər isə məndə zəif təəssürat yaratdılar. Təşəbbüslər də az oldu. Hamıya şamil olunmasa da, zənnimcə, parlamentin yeni formalaşdırılmış tərkibi prezidentin özünü də qane etmir”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

5659
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100