Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Parlamentin yeniləşməsi zəruridir - Oqtay Əsədov

Reklam: High Technic

Azərbaycanda Nazirlər Kabineti, idarəretmə orqanları, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi.

Yenicag.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin növbəti plenar iclasında çıxış edərkən deyib.

Spiker deyib ki, bildiyiniz kimi, Yeni Aazərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclas çağrılmasını xahiş edib: “Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da bugünkü iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsidir”.

Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki,

Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır:

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir: “Sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə-hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bundan sonra da uğurla davam etdiriləcək”.

S.Novruzov söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini əhatə etməsini təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir: “Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, dərin islahatlar strategiyasına uyğunlaşmasına ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

863
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM