Ermənistanda növbəti parlament seçkisi bu tarixdə keçiriləcək

media-hightechnic-468x90

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, Ermənistanda erkən parlament seçkiləri 20 iyun tarixində keçiriləcək.

Xatırladaq ki, bu gün Ermənistan parlamentinin xüsusi iclası olub. Deputatlar ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600