Milli Məclisin VI çağırış deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayevin “Facebook” hesabında paylaşdığı video müzakirələrə səbəb.
Qeyd edək ki, 81 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürən MCP sədri seçki təbliğatı ilə bağlı paylaşdığı sözügedən görüntülərdə İmişlidəki həyatından bəhs edərək, günlük yaşamını lentə alıb. Lakin buna baxmayaraq, partiya sədrinin həmin görüntüləri birmənalı qarşılanmayıb və məlum videogörüntülər dərhal sosial şəbəkələrdə paylaşılaraq, qızğın müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri deputatı ifrat səmimiyyətdə günahlandırıblar.
Məsələ ilə bağlı Yenicag.az-ın əməkdaşı hadisələrin mərkəzində olan R. Nurullayevlə əlaqə saxlayıb.
Partiya sədri saytımıza açıqlamasında etdiyi idman hərəkətlərinin müalicə məqsədli olduğunu deyib.
“Müalicə məqsədilə idman hərəkətləri etmək nə zamandan ayıb olub? Hər kəs idman edir: deputat da, adi vətəndaş da, nazir də, fəhlə də, ziyalı da. Sadəcə, içi qurdlu şəxslər var ki, bunu fərqli tərzdə təqdim edirlər. Onların içində “reket” jurnalistika və “reket” jurnalistlər də var. Bu cür içi qurdlu yanaşanlar həyatdan kam almayanlar, uğursuz və şanssız adamlardır. Allah onların taleyinə uğursuzluq, deyinmlik, şanssızlıq və bədbəxt olma yazıb. Qoy, beləcə də uğursuz həyatlarını davam etdirsinlər”, – deyə o, fikirlərini bölüşüb.
Rafi Müslümov
www.yenicag.az