Partlayıcılar Bayden dövründə VERİLİB? – “NATO-nun Rusiyanın daxilində həyata keçirdiyi əməliyyat...”

media-hightechnic-468x90

“Partlayıcının böyük ehtimalla Bayden administrasiyası dövründə verilməsi mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşirli deyib.

media-elshad_mirbesiroglu_070523_2

O, Rusiyaya qarşı edilən genişmiqyaslı hücumlarda ABŞ izinə rast gəlinməsi barədə fikirlərini səsləndirib.

E. Mirbəşirli qeyd edib ki, Rusiya tərəfindən terror aktı kimi qiymətləndirilən bu hücumun mütləq şəkildə NATO tərəfindən planlaşdırıldığı vurğulanır:

“Ukraynanın təkbaşına koordinat məlumatları əldə etmədən belə əməliyyatlar həyata keçirməsi inandırıcı deyil. Dəqiq koordinat məlumatları ABŞ-yə məxsusdur. Yəni bu hadisəni Ukraynanın hazırladığı hücum yox, NATO-nun Rusiyanın daxilində həyata keçirdiyi əməliyyat kimi qəbul etmək daha düzgündür”.

Onun sözlərinə görə, partlayıcının, böyük ehtimalla, Bayden administrasiyası dövründə verilməsi mümkündür:

“Məlumatlara görə Ukrayna bu əməliyyatları həyata keçirmək üçün bir il yarımdır hazırlıq işləri görür. Bu müddət ərzində hücum vasitələrinin Rusiyaya keçirilməsi, orada hazırlanması, dronların istehsalı və ümumilikdə əməliyyatın planlaşdırılması mümkün olub. Belə əməliyyatlar üçün ciddi hazırlıq və dəqiq obyekt koordinatları barədə məlumatlar tələb olunur. Güman edilir ki, həmin məlumatlar kosmos vasitəsilə əldə edilib. Bu imkanlar kimdədirsə, Ukraynaya da yaxın dəstək verən odur. Yəni ABŞ-nin yaxından dəstəyi açıq-aşkar görünür”.

“Əsas məqsəd burada Rusiyanı məğlub etməkdir. Reallıq isə göstərir ki, bunu bacarmadılar. Rusiya hələ də Ukraynanın bir çox hissəsinə nəzarət edir. İndiki dövrdə Rusiyaya maksimum zərər verərək uyğun şərtlərlə atəşkəsə və ya sülh razılaşmasına nail olmaq istəyirlər. Lakin həmin hücumlar bu məqsəd üçün o qədər də təsirli olmayacaq. Düzdür, ciddi bir hücum idi, lakin həlledici gücdə deyildi”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600