Reklam

Reklam

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Xızıda yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dekabrın 18-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 195 ədəd partlamamış hərbi sursat (PHS), 281 ədəd partlamış-yanmış mərmi qalıqları və 999 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 112 000 kv.m (11.20 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 909
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."