Partlayışda xəsarət alanlar xəstəxanaya yerləşdirilib

media-hightechnic-468x90

Sehiyye Nazirliyi yeniSəhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli  açıqlamasında deyib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər – ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.

Bu vaxta kimi hadisə yerində ölən olmayıb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600