!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan Azərbaycanın şərtlərini qəbul etdi" - Erməni KİV

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibəsindən bir gün sonra, Ermənistanın baş naziri Nikol Paşinyan da bəzi açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyan Azərbaycan liderinin sülh müqaviləsi imzalamaq şərtlərinə qarşı deyil: “Biz təklif edirik ki, üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı təminat Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmuş hissələrinə də şamil edilsin. Bu, məntiqlidir, çünki həmin ərazilərdə eskalasiya riski minimuma endirilməsə də, əhəmiyyətli dərəcədə azalıb”.

Bir-birinə qarşı qaldırılan iddiaların geri götürülməsinə gəlincə, Ermənistanın baş naziri vurğulayıb ki, bu ideya Ermənistan üçün məqbuldur. Paşinyan ideyanın konstruktiv olduğunu vurğulayıb.

“Əslində, Paşinyan Azərbaycanın şərtlərini açıq şəkildə qəbul edib. Bütün bunlar, təəssüf ki, Ermənistanın təhlükəsizlik və ontoloji dəyərlərini məğlub etmək bahasına edilən və 44 günlük müharibənin ağrılı və epik təslimindən sonra Paşinyanın növbəti diplomatik, siyasi və dövlət kapitulyasiyasına dəlalət edir”, – deyə qeyd olunub./unikal

www.yenicag.az

90
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv