Paşinyan bütün ipləri ƏLİNƏ ALDI: Karapetyanın kadrlarını İŞDƏN ÇIXARIR
Ermənistan Enerji Şəbəkələri QSC-nin yeni təyin olunmuş rəhbəri Romanos Petrosyan HES-in keçmiş sahibi, tanınmış iş adamı Samvel Karapetyanın komandasında yer alan əməkdaşları və xüsusilə bölmə rəhbərlərini kütləvi şəkildə işdən çıxarmağa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, Petrosyan və komandası illərlə qurumda çalışmış, yüksək təcrübəyə malik mütəxəssisləri ayrıca görüşə çağıraraq öz görüşlərini və siyasi baxışlarını izah edir. Onun baxışlarına etiraz edən şəxslər isə dərhal vəzifədən uzaqlaşdırılır. Bildirilir ki, bu tendensiya davamlı olacaq və Petrosyana verilən əsas tapşırıq Baş nazir Nikol Paşinyanın göstərişi ilə siyasi baxışlarına görə fərqlənən bütün əməkdaşların işdən azad edilməsidir.
Qəzetin iddiasına əsasən, Romanos Petrosyan məhz bu məqsədlə EEŞ-ə təyin edilib və qanunlara əhəmiyyət vermədən, tam sərbəst şəkildə kadr “təmizləməsi” həyata keçirir.
Rafi Müslümov