Paşinyan daha bir yüksək vəzifəli məmuru işdən azad etdi

media-hightechnic-468x90

Ermənistan Yüksək Texnologiya Sənayesi Nazirliyinin Hərbi-Sənaye Komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan qərar imzalayıb.

A.Davtyan komitə sədri vəzifəsinə iyulun 17-də təyin olunmuşdu. Bundan əvvəl o, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini daşıyırdı.

Qeyd edək ki, A.Davtyan baş qərargah rəisi vəzifəsindən də qalmaqalla ayrılmışdı. O, iyunun 7-də sərt karantin müddətində oğluna toy etdiyi üçün istefa vermişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa