!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan hakimiyyətində BÖYÜK ÇAŞQINLIQ – Hökumət üzvləri dediklərini niyə TƏKZİB EDİR?

!Reklam – Yazi

 

Ermənistandakı hakim Vətəndaş Müqaviləsi (VM) Partiyasının rəhbərliyi son iclasında nəqliyyat məsələsi ilə yanaşı, ümumi bəyannamə prosesini də müzakirə edib və bu prosesin son tarixini may ayı olaraq müəyyənləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşrinin məlumatına görə, rəhbərliyin əksər üzvləri bildiriblər ki, bu proses sadə vətəndaşlarda hökumətin onların cibinə müdaxilə etməyə çalışdığı barədə şübhələr yaradıb:

“Bundan əlavə, proses o qədər mürəkkəbdir ki, hətta yüksək texnologiya mütəxəssisləri belə bəyannaməni doldurmaqda çətinlik çəkirlər. Bu səbəbdən, prosesi sadələşdirib daha sonra məcburi etmək təklif olunub. Dünənki mətbuat konfransında Baş nazir Nikol Paşinyan bəyannamə üçün nəzərdə tutulan müddətin noyabr ayınadək uzadıldığını elan edib. Lakin o, bir etiraf da edərək bildirib ki, bank sirri “toxunulmaz bir dəyər” deyil və açıqlana bilər. Halbuki son günlər VM üzvləri vətəndaşların narahatlıqlarına cavab olaraq açıqlamalar verib, bank sirrinin açıqlanmasının mümkün olmadığını vurğulayıblar”.

Qəzet yazır ki, Ermənistan Milli Məclisinin iqtisadi məsələlər üzrə komitəsinin hakim fraksiyadan olan üzvü Babken Tunyan sözügedən məsələ ilə bağlı bir neçə izahat verib: “Dövlətin və ya dövlət qurumlarının sizin bank hesablarınıza çıxışı yoxdur. Dövlət sizin kimdən pul aldığınızı və ya kimə pul köçürdüyünüzü görə bilmir”.

Lakin Paşinyan bu açıqlamaları təkzib edərək etiraf edib ki, məhz bu məqsədlə proses hazırlanıb. VM üzvləri çaşqınlıq içindədir: bir həftə ərzində nəqliyyatda gediş haqqı və bəyannamə ilə bağlı iki geri addım, bir-birinə zidd açıqlamalar və qeyri-müəyyənlik hökm sürür. Bu isə yalnız bir şeyi göstərir: hakimiyyət çətin vəziyyətdədir.

Rafi Müslümov

www.yenicag.az

63
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv