Paşinyan məhkəməyə verildi

media-hightechnic-468x90

Ermənistanda vəkil kimi çalışan Tiqran Atanesyan ölkənin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı məhkəməyə verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Datalex” məhkəmə informasiya sisteminin saytında bildirilir.

İddia İnzibati Məhkəməyə verilib, sənədi hakim Qriqor Arakelyan imzalayıb.

Vəkil məhkəmədən Nikol Paşinyan hökumətinin istefasını qəbul edən prezident fərmanının 25 aprel tarixində yayımlandıqdan sonra Paşinyanın baş nazir vəzifəsini yerinə yetirməsi üçün qanuni əsasların olmamasını tanımasını tələb edir.

Qeyd edək ki, dünən Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Paşinyana qarşı iddiası əsasında məhkəmə başlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa