“Bitcoin”in yaradıcısı 60 milyard dollar itirdi

media-hightechnic-468x90

“Bitcoin”in anonim yaradıcısı kimi tanınan Satoşi Nakamotonun sərvəti aparıcı kriptovalyutanın məzənnəsinin kəskin düşməsi fonunda payızdan bəri 60 milyard dollardan çox azalıb.

Yenicag.az bu barədə RBC-ya istinadən xəbər verir.

Nakamoto ilə əlaqələndirilən kriptokisələrdə təxminən 1,1 milyon “Bitcoin” saxlanılır. “Arkham” analitik platformasının 6 fevral saat 17:00-a olan məlumatına görə, onların dəyəri 72,6 milyard dollar qiymətləndirilir. Ötən il oktyabrın 6-da isə bu aktivlərin dəyəri 135 milyard dollara çatmışdı.

Qeyd edək ki, fevralın 5-də “Bitcoin”in məzənnəsi 2024-cü ilin oktyabrından bəri ilk dəfə 60 min dollara qədər enmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05