Paşinyan müxalifətdən sonra kilsəyə SAVAŞ AÇDI – Daxildəki xaos GENİŞLƏNİR

media-hightechnic-468x90

“Fikrimcə, Baş nazir Paşinyan hazırda dəstəyin bir qismini qoruyub saxlamaq üçün əlindən gələni edir”.

Bunu Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

media-77250a6f-1f01-393f-bf64-ffae070bb2a4_850

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın müxalifətdən sonra bu dəfə də kilsəyə qarşı başlatdığı müharibənin siyasi detallarını şərh edib.

Analitikin fikrincə, birincisi, o, həqiqətən də revanşistləri və millətçiləri istər kilsədə, istərsə də ümumilikdə erməni cəmiyyətində aradan qaldırmaq istəyir:

“Çünki bu qüvvələr həm sülhə, həm də Ermənistanın özünü daha harmonik bir Cənubi Qafqazın tərkib hissəsi kimi yenidən mövqeləndirməsinə mane olacaqlar. Bu isə Azərbaycanın təşəbbüskarı olduğu bir çox layihələrdən Ermənistanın faydalanmasına imkan verəcək. İkincisi, o, bölgədə siyasi ritorikanın sərt olduğu bir mühitdə güclü lider obrazı sərgiləməlidir. O, Rusiyada kilsənin millətçilik hissini gücləndirmək və prezident Putinin siyasətini dəstəkləyən yeni bir vətənpərvərlik ruhunu təşviq etmək üçün necə istifadə edildiyinin şahididir”.

“Paşinyan başa düşür ki, Qriqoryan Kilsəsi də onun əleyhinə istifadə oluna bilər və bu, bəlkə də sülhü qəbul etməyən xarici qüvvələrin təsiri ilə baş verə bilər. Təəssüf ki, hesab edirəm ki, onun reytinqləri yaxşılaşmayacaq, buna görə də Paşinyan üçün sülh sazişini Baş nazirlik müddəti ərzində yekunlaşdırmaq həyati əhəmiyyət daşıyır. O, bunu anlayır və bu da hazırda şahidi olduğumuz sülh yönündəki sürətli proseslərin əsas səbəblərindən biridir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600