Paşinyan-Qaregin-Kilsə ÜÇBUCAĞI – İrəvanda siyasi toqquşmalar DƏRİNLƏŞİR

media-hightechnic-468x90

“Fakt budur ki, Qriqorian Apostol Kilsəsi Ermənistandakı əsas müxalifət qrupunu qətiyyətlə dəstəkləyir”.

Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.

media-neil-1674885124

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Katolikos II Qaregin arasında davam edən siyasi mübarizənin səbəblərini izah edib.

N. Uotsona görə, erməni kilsəsi Paşinyanın Rusiya ilə münasibətlərə dair mövqeyinə, Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına və sülh müqaviləsi istiqamətindəki işlərinə qarşıdır:

“Hazırkı Katolikos II Qareginin, görünür, bir uşaq atası olması Paşinyana yeni Katolikosu seçəcək və Kilsənin istiqamətini müəyyənləşdirəcək bir şura qurmaq üçün fürsət verib. Şurada müxtəlif keçmişə malik insanların daha geniş təmsilçiliyi olacaq və ilk 10 üzv birbaşa Paşinyan tərəfindən seçiləcək. Bu, kilsəni müxalifətçi revanşistlərdən uzaqlaşdıracaq və onların Ermənistan əhalisi üzərindəki təsirini azaldacaq. Bu, sülh yolunda daha bir addımdır və Paşinyanın siyasətinə Ermənistanda və diasporda dəstəyi artıracaq”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600