Paşinyan-Qaregin savaşı BAŞLADI – Baş nazir kilsəni topun ağzına QOYDU

media-hightechnic-468x90

“2018-ci ildə baş tutmayanı Nikol Paşinyan indi etməyə çalışır. “Yeni Ermənistan, yeni katolikos” hərəkatının iflasa uğramasından təxminən 8 il sonra Paşinyanın hədəfində yenidən kilsə və Ali Ruhani rəhbər olan II Qaregin var”.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşrin hakimiyyətə yaxın mənbələrinin bildirdiyinə görə, Nikol Paşinyan və komandası kilsəni və II Qaregini nüfuzdan salmaq, onu kilsədən uzaqlaşdırmaq planlarından geri çəkilməyi düşünmür. Mənbələr qeyd edirlər ki, hazırda bu istiqamətdə konkret tədbirlərin görülməsi üçün addımlar atılır. Onların sözlərinə görə, kompromat arsenalı işə salınacaq, itaətsizlik göstərən kilsədən “xilas olmaq” məqsədilə qanunverici təşəbbüslər irəli sürüləcək.

Mənbələrin bildirdiyinə görə, hakimiyyət artıq uzun müddətdir ki, katolikos və onun ətrafı haqqında şəxsi xarakterli məlumatlar – kompromatlar toplayıb. İndi isə bu məlumatlardan istifadə etməyə hazırlaşırlar. Nikol Paşinyanın mövqeyini ifadə edən komandası bu günlərdə kilsəni tənqid etməkdə davam edəcək, ruhanilərin şəxsi həyatı ilə bağlı nüfuzdan salıcı açıqlamalar verəcək ki, bununla da kilsə daxilindəki ruhani qanada daha güclü təsir göstərilsin.

Məhz bu səbəbdən də dünən səhər tezdən Nikol Paşinyan öz “Facebook” səhifəsində belə bir bəyanat yayımlayıb:

“Ana Taxt Müqəddəs Eçmiadzin (Üçmüəzzin – red.) aydın şəkildə izah etməlidir – görəsən, Qaregin II subaylıq vədini pozub və övladı var? Bu sual dərhal cavablandırılmalıdır”.

Paşinyana yaxın saytlar isə konkret adlar açıqlayıb və tələb irəli sürüblər ki, Xatun Qriqoryants və Qaregin II DNT testindən keçməlidirlər. Şübhələr var ki, o, katolikosun qızıdır.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600