!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan sərsəmləməyə davam edir: "Bakı sülh danışıqlarını pozmağa çalışır"

!Reklam – Yazi

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi Bakının sülh danışıqlarını pozmağa çalışdığını bildirib.

Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, hökumət iclasında çıxış edən Paşinyan Azərbaycan sərhədçiləri Gorus-Qafan yolunu bağlamasına münasibət bildirərkən rəsmi Bakının sülh danışıqlarını pozmaq istədiyini qeyd edib.

Paşinyan hadisələrin bu cür davam edəcəyi təqdirdə insidentlərin təkrarlanacağı barədə “xəbərdarlıq” da edib.

Baş nazir hadisənin Ermənistanla heç bir əlaqəsinin olmadığını, məsələnin üçtərəfli şəkildə (Ermənistan, Rusiya və Azərbaycan) araşdırmaya cəlb edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, 25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Erməni hərbçilərinin Azərbaycan sərhədçilərinə hücumundan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunu bağlayıb. Yolun bağlanması nəticəsində 25 maşın, 40-a yaxın mülki şəxs yolda qalıb. Erməni tərəfinin Azərbaycanla danışıqlarından sonra maşınlar buraxılıb, ancaq yol hələ də açılmayıb.

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv