!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyana çətir atdılar: Cinayət işi açıldı

!Reklam – Yazi

Ermənistanın İstintaq Komitəsi ölkənin baş naziri Nikol Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 10-da Ermənistanın baş naziri Vayodzor rayonunun Malışka kəndinə səfəri zamanı fərdi evlərdən birinin həyətində 47 yaşlı qadın tərəfindən “hücuma məruz qalıb”. Belə ki, yerli sakin “polisin tələblərinə məhəl qoymadan baş nazirin qanuni rəsmi fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd göstərərək Nikol Paşinyana çətir atıb.

Faktla bağlı sui-qəsdə cəhd, vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmaq məqsədilə vəzifəli şəxsə qarşı zorakılıq maddələri ilə cinayət işi başlanıb.

Qadın saxlanılaraq prosesi aparan orqana aparılıb. Günahı sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir./Report/

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv