Paşinyandan absurd GÖSTƏRİŞ: 50 din xadimi YOXLANILACAQ

media-hightechnic-468x90

Ermənistanın Baş nazir Nikol Paşinyan son günlərdə hüquq-mühafizə orqanlarına təxminən 50 din xadiminin adından ibarət siyahı hazırlanması və onların barəsində məlumat toplanması ilə bağlı göstəriş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Qəzet yazır ki, hökumətyönlü mənbələr bu təşəbbüsün gələcəkdə həmin şəxslərə qarşı mümkün tədbirlərin planlaşdırılması məqsədi daşıdığını bildiriblər. Məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib və məsələ ilə bağlı heç bir açıqlama verilməyib. Nəşrin müxbiri dünən Ermənistanın daxili işlər naziri Arpine Sarkisyandan məsələ ilə bağlı münasibət öyrənmək istəsə də, nazir bu sualı cavabsız qoyub.

Qeyd edək ki, İrəvandakı dövlət qurumları ilə erməni kilsəsi arasında münasibətlər kifayət qədər gərgin olaraq qalır.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600