Paşinyanın komandasında “Ana Taxt-Taca yürüş” PLANI: Ermənistan hökumətində gərgin GÖZLƏNTİ

media-hightechnic-468x90

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi komanda ölkənin Apostol Kilsəsi və Vətəpərvər Katolikosluğuna qarşı planlaşdırılan addımlar barədə dəqiq məlumata malik deyil.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Erməni nəşrinin Paşinyana yaxın mənbələri bildirib ki, Baş nazir öz komandasına Katolikos II Qareginin Eçmiədzindəki Ana Taxt-Tacdan uzaqlaşdırılması ilə bağlı konkret planın olduğunu deyib. Lakin bu planın detalları barədə komandadakı şəxslər məlumatlı deyil və Paşinyanın konkret göstərişini gözləyirlər.

Məlumatda vurğulanır ki, bəzi hökumət üzvlərinin bu qeyri-müəyyənlik fonunda ölkəni tərk edərək xaricə istirahətə getməsinə baxmayaraq, onlar Paşinyanın Eçmiədzin meydanında keçirməyi planlaşdırdığı “Ana Taxt-Tac azad olunması” mitinqinə dair çağırışını gözləyirlər.

Hazırda hakim “Vətəndaş Müqaviləsi” (VM) partiyasında və hökumət daxilində gərgin və qeyri-müəyyən atmosferin hökm sürdüyü bildirilir.

Qeyd edək ki, Ermənistan mediasında yayılan məlumatlara əsasən, hökumətdə təxminən 15 vəzifəli şəxs artıq məzuniyyətdədir və ya yaxın günlərdə məzuniyyətə çıxacaq. Bu isə o deməkdir ki, Paşinyanın planlarına uyğun olaraq, hakimiyyət nümayəndələri öz təqvimlərini bu istiqamətdə tənzimləmək məcburiyyətində qalıblar. Planın tam təfərrüatları isə hələlik yalnız Baş nazir Nikol Paşinyana məlumdur.

Rafi Müslümov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05