“Paşinyan çıxışlarında Qarabağın Rusiya və Azərbaycan arasında həll olunmalı məsələ olduğunu bildirir”.
Bunu KTMT-nin İrəvanda keçirilmiş iclasına münasibət bildirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, KTMT-nin İrəvanda keçirilən iclasında Ermənistan Baş naziri Paşinyan məyus olub:
“KTMT-nin iclasında Azərbaycan əleyhinə qərar qəbul edilmədi. Çünki təşkilatın üzvü olan Ermənistandan başqa, digər ölkələrlə münasibətimiz yaxşıdı. Paşinyanın Azərbaycan əleyhinə qərar qəbul etməsinə imkan verilmədi.
Paşinyan xarici siyasəti korrektə etməyə çalışacaq. KTMT-dən və Rusiyadan uzaqlaşaraq, Qərbyönümlü siyasət fikrində olsa da buna nail ola bilməyəcək. Çünki Paşinyan istəməsə belə, Ermənistan Rusiyadan asılı dövlətdir.
Rusiyanın regional siyasəti – separatçıları silahlandırıb yeni texnikalar daşıması bizdə narazılığa səbəb olur. Paşinyan əslində, Qarabağ “yükü”ndən yaxasını kənara çəkib. Çıxışlarında Qarabağın Rusiya və Azərbaycan arasında həll olunmalı məsələ olduğunu bildirir.
Azərbaycanın strategiyasi rus sülhməramlılarının üç il sonra Qarabağdan çıxarılması olmalıdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az