Pavlopulos İlham Əliyevi təbrik etdi

Yunanıstanın prezidenti Prokopis Pavlopulos İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrik mətnində bunlar qeyd olunub:

“Zati-aliləri.

Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm”.