!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxt yollarındakı velosiped zolaqlarında quraşdırılan baryerlər sökülüb? - FOTO

!Reklam – Yazi

2023-cü ilin dekabr ayından Bakı yollarında velosiped zolaqlarının çəkilməsi prosesi intensivləşdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata görə, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

Artıq bu zolaqların bəziləri paytaxt sakinləri tərəfindən istifadə edilir. Üstəlik, şikayətlər də özünü çox gözlətməyib. Belə ki, bir qrup şəxs sosial şəbəkələrdə digər nəqliyyat vasitələrinin velosiped zolağına çıxmasına dair paylaşımlar edib. Paylaşımların məqsədi velosiped zolaqlarından təhlükəsiz istifadənin təmin edilməsi olub.

Bundan sonra İstiqlaliyyət küçəsində salınan velosiped yollarına baryerlərin quraşdırıldığına dair fotolar yayıldı. Lakin heç bir neçə gün keçməmiş həmin baryerlərin yoxa çıxdığına dair fotolar paylaşıldı.


Bu isə suallar doğurur: Bu cür baryerlər niyə quraşdırılmışdı və niyə söküldü? Quraşdırılmamışdısa, bəs baryerlərin fotoları necə ortaya çıxıb? Velosiped sürənlər üçün təhlükəsiz şərait hansı formada və nə zaman tam təmin ediləcək?

Oxu.Az-ın sorğusuna cavab olaraq AYNA-nın Mətbuat Xidmətindən bildirilib ki, velosiped zolaqlarına sözügedən baryerlər hələ quraşdırılmayıb. Quraşdırıldıqdan sonra ictimailəşdirilməsi üçün media da dəvət ediləcək.




Göründüyü kimi, sual yenə də açıq qaldı: Əgər qurumdan bildirilən kimi, maneələr quraşdırılmayıbsa, o zaman velosiped zolaqlarındakı baryerlərin fotoları necə əldə olunub?

COP29

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv