Paytaxtda DƏHŞƏT - Gənc oğlan küçədə bıçaqlandı

media-hightechnic-468x90

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini 2001-ci il təvəllüdlü Elnur Şəfiyev küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05