Paytaxtda küçədə narkotik satan şəxs yaxalandı

media-hightechnic-468x90

Bakıda narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində olub. Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1985-ci il təvəllüdlü Şəhriyar Əliyev tutulub.

Üzərinə baxış keçirilərkən ondan 10 ədəd kibrit qutusunda 15,358 qram və iki ədəd sellofon torbada 6 kq 458 qram marixuana aşkar edilərək götürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa