Paytaxtda yeni dayanacaqlar tikilir-Fotolar

media-hightechnic-468x90

03a130d8f3b25478e7986a5e86cc5c95“Koroğlu” metro stansiyası ərazisində müvəqqəti dayanacaq meydançaları inşa olunur.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, bu meydançalar idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılmasına xidmət edəcək.

Dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək. Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək.

Qeyd edək ki, sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə, həmin ərazidə işıqlandırma və digər abadlıq işləri də nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600