!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtın Baş planının təqdimatı keçirildi

!Reklam – Yazi
Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib.Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərləri, Nazirlər Kabinetinin şöbə müdiri, Milli Məclisin deputatları, elm, şəhərsalma və memarlıq sahələri üzrə mütəxəssislər, tanınmış ictimai xadimlər, QHT nümayəndəəri, paytaxt qəsəbələrinin  və KİV-in nümayəndələri iştirak ediblər.Tədbir iştirakçılarını salamlayan  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dekabr ayının 30-da Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair konseptual xarakterli Baş planı təsdiq edilib. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə hazırlanan Baş plan bütün müasir tələblərə cavab verir və şəhərin inkişafinin ümumi strategiyası kimi qəbul olunur.

Tədbirin davamında Bakı şəhərinin yeni Baş Planına dair məlumat xarakterli videoçarx, həmçinin sənədin üstünlükləri, ən önəmli məqamları və bir çox maraq doğuran məsələləri əhatə edən geniş təqdimat nümayiş olunub.

Təqdimatda cıxış edən AR Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xəzər rayonu, Mərdəkan qəsəbə nümayəndəsi İlqar Müqbilov, memar Nəriman İmaməliyev  və başqaları Baş plana dair öz fikir və düşüncələrini bölüşdülər. Bildirildi ki, yerli və xarici mütəxəssislər qrupu tərəfindən hazırlanan Baş plan paytaxtımızın gələcək inkişafı üçün çox mühüm bir sənəddir.

Sənəddə 2040-cı ilədək paytaxtımızda görüləcək iri miqyaslı işlər, şəhərin gələcək inkişaf perspektivləri, yaradılacaq yeni infrastruktur, salınacaq parklar  və s. barədə məlumatlar öz əksini tapıb. Çıxışçılar Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, daha da gözəlləşməsi və müasirlənməsi istiqamətində görülən işlər və göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezidnt Mehriban xanım Əliyevaya dəqin minnətdarlıqlarını bildirmişlər.

COP29

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv