Pənah Hüseyn istefası ilə bağlı açıqlama verdi
Pənah Hüseyn istefası ilə bağlı “Modern.az”a açıqlama verib.
Həmin açıqlamanı təqdim edirik:
“Sədrin kim olması ilə bağlı məsələ qurultay tərəfindən müəyyən olunur. Və ya mən sədrlikdən istefa verməliyəm. Nizamnamənin müvafiq maddəsi sədrə səlahiyyət verir ki, öz səlahiyyətlərinin müəyyən hissəsini və yaxud hamısını müavininə həvalə etsin. Hazırda hələlik açıqlaya bilməyəcəyim müəyyən siyasi və ictimai xarakterli proseslə məşğulam. Ona görə belə məqsədəuyğun sayıldı ki, proses partiya sədri kimi aparılmasın”.
Partiya sədri əlavə edib ki, Xalq Partiyasının İdarə Heyətinin bu il qurultay keçirilməsi ilə bağlı qərarı var:
“Doğrudur, bu proses hələ başlamayıb. Təşkilat komitəsi yaradılmayıb. Amma İdarə Heyətinin qərarında bu ilin sonuna qədər növbədənkənar qurultay keçirilməsi barədə qərar verilib. Sədrliyə namizəd olub-olmamağımı Qurultaydakı müzakirələrdən sonra özümün siyasi mövqeyim kimi açıqlana bilər”.