Reklam: High Technic
hightechnic

Pənah Hüseyn Sərdar Cəlaloğlunu “sildi”- Müxalifət yeni formatda birləşir

Reklam: Sinerji Pro

“Müxalifət daxilində aparılan müzakirələrin nəticəsi yaxın bir ayda məlum olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında seçkilərdən sonra yaranmış situasiyada müxalifətin yeni təşəbbüslərini dəyərləndirən Xalq Partiyasının (AXP) sədri  Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, müxalifət daxilində seçkilərdən əvvəl də aparılan müzakirələr hazırda davam etdirilir:

“Bu məsələ ilə bağlı mətbuata konkret nəticələri əks etdirən açıqlama verməyə çətinlik çəkirəm. Əslində, müxalifətdaxili məsləhətləşmələr seçkilərdən əvvəl də aparılırdı və bu məsləhətləşmələr indi də davam etdirilir.

Müxalifət olaraq, biz seçkiləri xüsusi bir mərhələ hesab etmirik.

O baxımdan, dediyim kimi, müəyyən müzakirələr aparılırdı. Mənə belə gəlir ki, yaxın bir ayda bu müzakirələrin konkret nəticəsi haqqında danışa biləcəyik. Müəyyən təkliflər və təşkilati formalaşma ilə çağırışlar var. Bu prosesdə hansı partiyaların iştirak etdiyini açıqlamağa hələlik ehtiyac görmürəm.

Ancaq bir şərtlə ki, bu təkliflər əsasında yaradılacaq hansısa format müxalifətin mövcud aparıcı qüvvələrinə alternativ qismində yaradılmasın. Əksinə, yeni təşəbbüslərin müxalifəti daha irəli aparmağa təkan verməsi nəzərdə tutulur. Müzakirələrin gedişində bu məqam əsas götürülür”.

Pənah Hüseyn 11 aprel seçkiləri fonunda münasibətləri kəskinləşən Demokrat Partiyası (ADP) ilə Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının yenidən bir araya gəlmək ehtimalına da aydınlıq gətirib:

“Hazırda ADP ilə bizim siyasi mövqelərimiz arasında əhəmiyyətli fərqlər var. Bu, prezident seçkilərinə münasibətdə də özünü göstərdi. Mənim haqqında danışdığım müzakirələrdə ADP iştirak etmir”.

A.Zeynalov

www.yenicag.az

1128