Ermənistanda 2026-cı ilə HAZIRLIQ: Koçaryan Baş nazirliyə namizədliyini İRƏLİ SÜRDÜ – MÜSAHİBƏ

media-hightechnic-468x90

Bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Koçaryanın bir sıra KİV-lərə müsahibə verib.

Yenicag.az xəbər verir ki, Koçaryanın səsləndirdiyi əsas bəyanatları Ermənistanın “Hraparak” “Demokratik Alternativ” Partiyasının sədri, politoloq Suren Surenyantsla müzakirə edib.

Müsahibəni olduğu kimi təqdim edirik:

– Keçmiş prezidentlər mütəmadi olaraq bəyanatlarla çıxış edirlər, mətbuat konfransları keçirirlər. Bu çıxışların nəticəsində ölkədaxili siyasi proseslərdə nə isə dəyişirmi?

– Əgər bəyanatları keçmiş prezidentlər səsləndirirsə, bu, hadisə xarakteri alır, çünki onların siyasi çəkisi var: bu bizə xoş gəlsin, ya gəlməsin.

– Robert Koçaryanın müsahibəsində hansı əsas tezisləri qeyd edə bilərsiniz?

– Həmin müsahibənin üç əsas vurğusu var idi: birincisi, o, özünü tam şəkildə Ermənistan-Rusiya münasibətlərinin müdafiəçisi kimi Rusiya yönümlü düşərgədə mövqeləndirməyə çalışdı. İkincisi, o, açıq və birmənalı şəkildə bəyan etdi ki, 2026-cı il seçkilərində Baş nazirliyə namizədliyini irəli sürəcək. Üçüncüsü isə o, əslində, impiçment perspektivini real saymadı və bu mövzunu bağladı.

– Serj Sarkisyana yaxın qanad Koçaryanı belə bir məsələdə günahlandırdı: Ermənistanda Nikol Paşinyanın istefasını istəməyən yalnız bir nəfər var – Robert Koçaryan. Müxalifətin bu iki qanadı arasında bu qədər dərin fikir ayrılığı nədən qaynaqlanır?

– Mən bu qiymətləndirmələrlə razı deyiləm, çünki iki prezidentin və onların komandalarının arasında ciddi taktiki fərqlər var. Onlar açıq şəkildə vahid komanda və birgə seçki siyahısı ola bilməzlər. Bu, mənim üçün hələ 2021-ci ildən aydın idi, amma indi daha da aydındır. Hər ikisini də mən müxalifət sahəsində fəaliyyət göstərən fiqurlar kimi görürəm və onların komandaları arasındakı ziddiyyətlərə qarışmaq istəmirəm.

– Bəs bu, müxalifəti zəifləmir ki?

– Yox, bilirsiniz, müxalifət hakimiyyətdən fərqli olaraq mərkəzdən idarə olunan bir piramida deyil. Müxalifət qanadları arasında da müzakirələr, rəqabət, hətta sərt tənqid ola bilər, əsas odur ki, hər şey siyasi etik çərçivədə qalsın.

– Yəni bu ziddiyyətlər normaldır və buna çox da diqqət yetirmək lazım deyil?

– Bu, qanunauyğundur, təbiidir, burada qeyri-adi heç nə yoxdur.

– Hakob Aslanyan və Ovik Ağazaryan impiçment üçün öz namizədlərini – Edmon Marukyanı irəli sürüblər. Bu namizədə münasibətiniz necədir? Niyə məhz Marukyan və niyə məhz bu iki deputat belə bir təşəbbüslə çıxış etdi?

– Mən burada xüsusi bir şey deməzdim. “Ayıqıq” hərəkatı hansısa təşəbbüslə çıxış etmişdi, indi isə bu iki deputat öz siyasi baxışlarına uyğun olaraq namizəd irəli sürüblər. Lakin impiçment prosesinin reallaşması üçün geniş imkanlar görmürəm – xalq hərəkatı yoxdursa, impiçment də mümkün deyil. Buna görə də bu məsələ ətrafında gedən müzakirələri bir qədər süni sayıram, çünki küçədə dəstək yoxdursa, bütün bu müzakirələr nəzəri səviyyədə qalır.

– Yəni “Vətəndaş Müqaviləsi”nin deputatlarına qarşı ictimai təzyiq olmalıdır?

– Bəli, əgər ictimai təzyiq olmasa, hakimiyyət çat verən deyil. Bu, namizədin kimliyindən və onu irəli sürənlərin kim olmasından asılı deyil.

– “Nikol getsə, kim gələcək?” – bu diskurs son bir neçə ildə aktiv müzakirə olunur…

– Bu, qeyri-siyasi diskursdur, çünki həmişə seçki institutu var və bu institut məhz ona görə mövcuddur ki, hazırkı rəhbəri başqa biri əvəz edə bilsin. Digər tərəfdən, bu diskursun əsasında müəyyən rasional bir element var. Çünki çox vacibdir ki, hakimiyyətə iddialı olanlar öz alternativ siyasi baxışlarını təqdim etsinlər ki, onlar necə bir Ermənistan görürlər, bunu göstərməlidirlər.

– Son zamanlar hakim fraksiya və Nikol Paşinyana yaxın şəxslər daha aqressiv davranmağa başlayıblar. Onların bəyanatları təhdidedici xarakter alıb, hətta Paşinyanın həyat yoldaşı insanlara təhqiramiz ifadələr işlətməyə başlayıb. Bu davranış nədən xəbər verir – seçkilərə hazırlaşırlar?

– Bəli, 2026-cı il seçkilərinə hazırlaşırlar və öz seçici elektoratını səfərbər etməyə çalışırlar. Onlar hesab edirlər ki, elektoratlarına məhz bu cür mesajlar xoş gəlir – bu bir. İkincisi isə, təklif edərdim ki, tanınmış bir şəxs və ya şəxslər onların şüarını dəyişsin: “Təhsil almaq dəbdədir” əvəzinə “Təhsil almaq xuliqanlıqdır” şüarını seçsinlər – bu, onların lüğət tərzinə daha çox uyğundur.

Tərcümə: Rafi Müslümov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600