Pensiya düzəltmək adı ilə vətəndaşları aldadan şəxsə hökm oxundu

media-hightechnic-468x90

Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımlarla bağlı işçi qrupunun rəhbəri kimi təqdim edərək vətəndaşlara qarşı dələdulzuq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Yenicag.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq –  təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq –  xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan İntiqam adlı həmin şəxs 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs “TikTok” platformasında “sosial yardım üzrə yoxlama” səhifəsi yaradaraq bu məsələ ilə bağlı vətəndaşlara kömək edəcəyi barədə yalan təbliğat aparıb.

Bununla o, bir neçə nəfərin diqqətini cəlb edə bilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa