!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Pensiyaların artırılması göydəndüşmə olmur" - Siyavuş Novruzov

!Reklam – Yazi

“Onların özləri vaxtilə büdcəyə o qədər süpürgə çəkiblər ki…”

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov müxalifət partiyalarının dövlət başçısının son dövrlərdə əhalinin sosial vəziyyəti ilə bağlı qəbul etdiyi qərarları onların təzyiqi ilə etdiyi iddialarına cavab verib:

“Onlar hər zaman belədirlər. Onlar yanvarın 19-da keçirdikləri mitinqdə iddia edirdilər ki, prezidentin xalqın rifahına hədəflənmiş addımlarını guya onların təzyiqləri altında olub. Əslində isə maaşlar və əmək pensiyalarının artırılması göydəndüşmə olmur. Biz bu məsələni ötən ilin noyabrında dövlət büdcəsinin müzakirəsi zamanı qeyd etmişdik və o artımlar büdcədə nəzərdə tutulub. Özünüz də baxın, onlar yanvarın 19-da mitinq keçiriblər. Biz isə ondan iki ay əvvəl bu qərarları vermişik. Özləri vaxtilə hakimiyyətdə büdcəyə süpürgə çəkiblər. İndi də o düşüncə ilə yaşayırlar. Hər kəs görür ki, Azərbaycan hakimiyyəti, prezidenti ötən il prezident seçkilərində öz platformasını açıqlayanda bu istiqamətdə ciddi işlər görüləcəyini bəyan etmişdi. Onlar isə yenə öz davranışlarına uyğun olaraq cənab prezidentin gördüyü işləri öz adlarına çıxırlar”.

www.yenicag.az

9364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv