!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Pensiyaların verilmə qrafikinin dəyişdirilməsi böyük narazılıq yaradır" - Deputat

!Reklam – Yazi

“Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdi. Bayramlarda pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi”.

Yenicag.az xəbər verir ki, bunu iqtisadçı deputat Əli Məsimli deyib. O bildirib ki, pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı:

“Çünki pensiyaçıların xeyli hissəsinin evlərinin yaxınlığındakı və ya ərki keçən mağazaya borcu var, mağazanın nisyə dəftərindəki həmin borcun bir hissəsini ödəməlidir ki, bayram üçün nəsə almağa üzü olsun. Artıq 3-cü aydır ki, ölkəmizdə pensiyaların verilməsi ilə bağlı gecikmələr müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək. Pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsini böyük narazılıq yaradan bir hərəkət hesab edirik. Əvvəlki rejimə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdirsə, insanlar da bu rejimə uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılarsa və onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdirsə, eyni zamanda pensiya həmin pensiyaçının, bir sıra hallarda isə bütövlükdə onun üzv olduğu ailənin yeganə gəlir mənbəyidirsə, belə bir vəziyyətdə qrafikin dəyişilməsi böyük narazılıq yaradılır”.

Ə.Məsimli qeyd edib ki, pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir:

“Əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımından yanaşılacaqsa, onda təklif edirik ki, son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya alıb kreditlərini ödəyən pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunsun. Yaxşı olar ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar, diskonfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin. Yəni, banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin. Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur. Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir ki?”

COP29

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv