Permdə Respublika Günü möhtəşəm tədbirlə qeyd olunub – FOTOLAR/VİDEO

28 May – Respublika Günü münasibətilə Rusiyanın Perm şəhərində böyük tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin ifası ilə başlayıb.

Tədbirdə ilk çıxış edən Perm vilayətində Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev iştirakçıları salamlayaraq, 28 May Respublika Gününün hər bir azərbaycanlı üçün dəyərli tarix olduğunu diqqətə çatdırıb.

O, müsəlman Şərqində ilk respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın demokratik əsaslarda qurulmuş müstəqil milli dövlətçiliyinin şanlı səhifəsi olduğunu xüsusi vurğulayıb.

Mərasimdə daha sonra çıxış edən Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) sədri Toğrul Allahverdili, Gənclər Birliyinin sədri Rəşad Əkbərov və digər şəxslər Respublika Gününün tarixi əhəmiyyətindən danışıblar.

Tədbir daha sonra Respubilika Gününə və Nəsiminin 650 illiyinə həsr olunmuş filmlərin nümayişi ilə davam edib.